50 nişanında sürücü maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB

Yarışma 24 Oktyabr 2023 11:00 Oxunub 6648
50 nişanında sürücü maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtosfer.az saytı sürət həddi ilə bağlı sualın doğru cavabını və qalib olmuş oxucunun adını təqdim edir.

Sual belədir: Yola quraşdırılmış 50 nişanının təsir sahəsində sürücü maksimum hansı sürətlə hərəkət edə bilər?

1) maksimum 50-ilə

2) maksimum 55-lə

3) maksimum 59-la

4) maksimum 60-la

5) maksimum 61-lə

Doğru cavab: 1) maksimum 50 ilə

İzah: Sürət həddini bildirən nişan 3.24 nömrəli nişandır. Bu nişanın mənası onu bildirir ki, göstərilən sürət həddi maksimum sürətdir. Nişanın adı da maksimum sürətin məhdudlaşdırılmasıdır. Bu o deməkdir ki, nişanın üzərində göstərilmiş hədd maksimum sürəti bildirir. Göstərilmiş həddən yuxarı sürətlə hərəkət etmək qadağandır. Radarların iş prinsipinə görə 10 km/saat sürət limiti qoyulub. Yəni radar 50 olan yerdə qayda pozuntusunu 60-la qeydə alır. Lakin bu o demək deyil ki, sürücü 50 olan yerdə 10 km artıq sürətlə hərəkət edə bilər. Düzdür qanunvericilikdə 10 km-ə qədər sürət həddinin aşılmasına görə cərimə nəzərdə tutulmayıb. Amma cərimənin olmaması sürücüyə qayda pozmağa icazə vermir.

Sualın ilk düzgün və izahlı cavabını verən Minar Qəhrəmanov adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı. 

Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!

ŞƏRH YAZ
Ad

E-mail

Şərh