Azərbaycan avarçəkəni nüfuzlu turnirin qalibi oldu

Akademik avarçəkmə üzrə Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko Böyük Britaniyada təşkil edilən nüfuzlu “Henli Kral Reqatası”nın (“Henley Royal Regatta”) qalibi olub.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından verilən məlumata görə, olimpiya sistemi üzrə keçirilən yarışda idmançımız öz qrupunda 20 qadın avarçəkən arasında ən yüksək nəticə göstərib.
Təsnifat mərhələlərini uğurla keçən Diana final yürüşündə Polşa idmançısı Maqdalena Vieliçkoya rəqib olub. Yürüş məsafəsini 8 dəqiqə 58 saniyəyə qət edən avarçəkənimiz yarışın qalibi olmaqla fəxri mükafata layiq görülüb.
Qeyd edək ki, 1839-cu ildən etibarən təşkil edilən “Henli Kral Reqatası” Beynəlxalq Avarçəkmə Federasiyasının ən nüfuzlu yarışlarından hesab edilir. Beş gün davam edən yarışda akademik avarçəkənlər hazırkı yarış standartlarında olduğu kimi, 2000 deyil, 2112 metr məsafədə mübarizə aparırlar.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












