Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

Almaniyanın "Bild" nəşri "Formula 1" üzrə dünya çempionatında 2020-ci il mövsümünün mümkün təqvimini təqdim edib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, təqvimdə Azərbaycan Qran-prisinin vaxtı da göstərilib.
Almaniyalı jurnalistlərə görə, mövsüm iyul ayından tez başlamayacaq. Bakıda yarışın sentyabrın 6-da baş tutacağı göstərilib.
İddiaya görə, Avstriya (5-12 iyul), Böyük Britaniy (26 iyul-2 avqust) və Macarıstan (16-23 avqust) mərhələlərinin sayı ikiqat artırılacaq.
Təqvimə həmçinin Sinqapur (20 sentyabr), Rusiya (27 sentyabr), Çin (4 oktyabr), Yaponiya (11 oktyabr), Meksika (1 noyabr), Braziliya (8 noyabr), Vyetnam (22 noyabr), Bəhreyn (6 dekabr) və Abu-Dabi (13 dekabr) Qran-priləri də daxil edilib.
Beləliklə, mövsümün 17 mərhələdən ibarət olacağı vurğulanıb.
Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












