Bakı Şəhər Halqası məktəblilər üçün tur təşkil edib - FOTO

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilatçısı Bakı Şəhər Halqası məktəblilər üçün tur təşkil edib. "Report"un məlumatına görə, tədbir bu gün paddokda gerçəkləşib.
Onlar yarışa hazırlıq prosesi, pilotların mübarizə qaydaları ilə tanış olublar.
Məktəblilər Qran-prinin təşkilində vacib rol oynayan Yarış İdarəetmə Mərkəzinə də baş çəkiblər və pit zolağında gəzmək imkanı əldə edirlər. Burada onlar yarış rəsmilərinin hazırlığı və qaydalara nəzarətin ciddi həyata keçirildiyi məkanları əyani görməklə yanaşı, prosesin necə icra edildiyini dinləyiblər. Tur iştirakçıları komandaların yarış avtomobillərini hazırlıq vəziyyətinə gətirdiyi qarajlara da baxış keçirirlər.
Daha sonra məktəblilər üçün xüsusi hazırlanmış "Formula 1" bolidinin maketi üzərində bolidin dizaynı nümayiş olunub, onun konstruksiyası barədə məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-də baş tutacaq.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN















