“Bakıdakı "Formula 1" yarışı risk altındadır”

"Formula 1" üzrə dünya çempionatının təqvimi bu gün rəsmən açıqlanacaq. Mövsüm Avropdakı 8 Qran-pri ilə başlayacaq və azarkeşsiz keçiriləcək.
Avstriya hökuməti yarışla bağlı razılıq verib və start məhz bu ölkədə olacaq. "Formula 1"in kommersiya hüquqlarına sahib olan "Liberty Media" və Beynəlxalq Avtomobil Federasiyası ən azı 15 - 18 yarışdan ibarət dünya çempionatı təşkil etməyi hədəfləyir.
Mövsümün sonrakı hissəsi koronavirus pandemiyasının inkişafı və Avropa xaricində sayahət məhdudiyyətləri əsasında qurulacaq. Sinqapurdakı yarış ləğv ediləcək, Azərbaycan və Rusiya Qran-priləri risk altında olduğu üçün sentyabrın ortalarında İtaliyada ikinci yarış baş tuta bilər.
Almaniya və Portuqaliya Qran-prilərinin də təqvimə əlavə olunma ehtimalı var.
"Formula 1" təqvimi (birinci hissə)
5 iyul – Avstriya
12 iyul – Avstriya
19 iyul - Macarıstan
2 avqust – Böyük Britaniya
9 avqust – Böyük Britaniya
16 avqust – İspaniya
30 avqust – Belçika
6 sentyabr – İtaliya
Qeyd edək ki, "Formula 1"də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi. ("Report")
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












