Bəhreyndə “Formula 1”in yeni mövsümü başlayır

Cümə axşamı Saxirdə (Bəhreyn) “Formula 1” avtomobil yarışları üzrə dünya çempionatının növbəti, 75-ci mövsümü başlayır.
Avtosfer.az-ın məlumatına görə, mövsümlərarası fasilə kifayət qədər hadisələrlə yadda qalıb. Yeddiqat dünya çempionu britaniyalı Lüis Hemiltonun “Mercedes”dən “Ferrari”yə keçməsi xəbəri əvvəlcə hər kəsi şoka salıb, baxmayaraq ki, bu, yalnız gələn il baş verəcək.
“Formula 1”də belə səs-küylü transferlər tez-tez baş vermir, ona görə də mövzu həm mediada, həm də azarkeşlər arasında geniş müzakirə olunub. Sonra “Red Bull”da qalmaqal nəşrlərin birinci səhifələrinə düşdü - komandanın işçilərindən biri meneceri Kristian Horneri nalayiq davranışda ittiham etdi. Konsern daxili araşdırma aparıb, nəticədə mütəxəssisə bəraət verilməsi barədə qərar çıxarılıb.
Bu hadisələr fonunda Bəhreyndə üç günlük sınaqlar olduqca adi idi. Ekspertlər qarşıdan gələn mövsümdə “Red Bull” və onun lideri Maks Verstappen üçün yenə də tayı-bərabərinin olmayacağı ilə razılaşdılar. Niderlandlı demək olar ki, dördüncü çempionluq titulunu alacaq və çox güman ki, ötən mövsüm öz rekordlarını yenidən yazacaq. O, 2023-cü ildə çoxlu tənqidlərə məruz qalan və gələn il komandadakı yerini qoruyub saxlamaq üçün əlindən gələni etməyə çalışacaq meksikalı Serxio Pereslə əməkdaşlığa davam edir.
Report
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












