"Formula 1" rəhbərliyi Boris Consona müraciət etdi

"Formula 1" üzrə dünya çempionatının kommersiya hüquqlarına sahib olan "Liberty Media" şirkətinin rəhbərliyi Britaniyanın baş naziri Boris Consona kömək üçün məktub göndərib.
Buna səbəb ölkəyə təyyarə ilə gələn bütün şəxslərin 14 günlük məcburi karantinə cəlb olunmasıdır. Bu qərar 19 - 23 iyuldakı Britaniya Qran-prisini təhlükə altına salacaq.
Baş nazirə müraciətdə qərarın "Formula 1" yarışına şamil olunmaması təklif edilib. Çünki bütün iştirakçılar 5 - 8 iyulda Avstriyadakı Qran-pridə müvafiq yoxlamalardan keçəcəklər.
Adı açıqlanmayan "Formula 1" rəsmisi 14 günlük karantin müddəti olacağı təqdirdə Britaniya Qran-prisinin reallaşmasının mümkün olmayacağını söyləyib: "Bu, "Formula 1"lə əlaqəli on minlərlə işə mənfi təsir edəcək".
Britaniya hökuməti isə karantin tədbirləri ilə bağlı sənədlər paketini nəzərdən keçirərək idman tədbirləri üçün heç bir istisnanın olmayacağını bildirib.
Qeyd edək ki, Belçika Qran-prisi avqustun 30-da olmalıdır. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. ("Report")
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO











