"Formula 1": Monakoda ay ərzində üç yarış keçiriləcək

"Formula 1" üzrə 2021-ci ildəki dünya çempionatının Monako mərhələsinin vaxtı açıqlanıb. Qran-pri 20-23 mayda keçiriləcək. Həmçinin gələn il knyazlıq küçələrində daha 2 yarış - retro avtomobillərin iştirak etdiyi tarixi Monako Qran-prisi (23-25 aprel) və "Formula E" mərhələsi (8 may) təşkil olunacaq.
ACM-nin sədri Kristian Tornatore bildirib ki, ilk dəfə bir ay ərzində üç yarış təşkil olunacaq: "Maddi-texniki məsələlər çətin olacaq, lakin mümkünsüz deyil. Trasın hazırlanması işlərinə nəzərdə tutulan vaxtdan tez, fevralın sonlarında başlamaq lazımdır. Sonra hər bir yarış seriyası üçün zəruri olan yolda və ətrafda texniki işlər görəcəyik. Buna nail olmaq üçün bütün işçilərin təcrübəsinə və çevikliyinə güvənəcəyik".
Qeyd edək ki, bu il "Formula 1" rəhbərliyi koronavirus pandemiyası səbəbindən Avstraliya, Monako və Fransa mərhələlərini ləğv edib. ("Report")
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi










