Britaniyadakı "Formula 1" yarışı ləğv oluna bilər

"Formula 1" üzrə Britaniya Qran-prisi ləğv oluna bilər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu, ölkəyə gələn şəxslərin məcburi karantinə alınması səbəbindən reallaşa bilər. Böyük Britaniyanın baş naziri Boris Conson ölkəyə təyyarə ilə gələn bütün şəxslərin 14 günlük məcburi karantinə cəlb olunacaqlarını açıqlayıb. Qərarın iyunun əvvəlində qüvvəyə minəcəyi iddia olunur. Cari mövsüm "Formula 1"i başlamaq üçün təklif olunan plana əsasən 5 - 8 iyulda Avstriya, 19 - 23 iyulda isə Britaniya Qran-prisi keçirilməlidir. Lakin komandalar iki həftəlik məcburi karantinə məruz qalsalar, Avstriyadakı Qran-pridən sonra Britaniyadakı yarışa hazırlaşa bilməyəcəklər. Yarış rəhbərliyi hökumət ilə "Formula 1" iştirakçıları üçün tədbirlərin yüngülləşdirilməsi imkanlarını müzakirə edir.
Qeyd edək ki, "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi








