BŞH: “Karantin bitməsə, Azərbaycan Qran-prisi olmayacaq”

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı hansısa rəsmi məlumat və heç bir yenilik yoxdur". Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva Bakıdakı yarışın taleyi barədə danışarkən deyib.
O bildirib ki, Azərbaycan Qran-prisi ilə bağlı qərarı hökumət verməlidir. BŞH rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum buna qərar verə bilməz: "Azərbaycan hökuməti qərar verməlidir. "Formula 1"lə danışıqlar davam edir. Karantin rejimi bitməlidir ki, biz yarışı təşkil edək. Bu olmasa, təşkil edə bilmərik".
Menecer TƏBİB-in "Bu ilin sonunadək ölkədə karantin rejimi davam edəcək davam edəcək" açıqlaması barədə isə bunları söyləyib: "Biz bilməliyik ki, hansı məhdudiyyətlər götürüləcək. Sərhəd açılmalı və reyslər olmalıdır. Karantin sadəcə tibbi maska taxmaq deyil. İlk növbədə, sərhədlər açılmalıdır".
G.Quliyeva heç nə bəlli olmadığı üçün hazırlıqlara başlamadıqlarını da sözlərinə əlavə edib: "Biz şirkət olaraq iyunun 15-dək hələ ki, karantindəyik".
Qeyd edək ki, müxtəlif KİV Azərbaycan Qran-prisinin təhlükə altında olduğunu yazıb və Bakıdakı yarışın İtaliyada daha bir yarışla əvəzlənmə ehtimalı olduğunu bildirib. ("Report")
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












