“Daha bir Qran-pri təxirə salına bilər”

31 iyul - 2 avqust tarixlərinə planlaşdırılan "Formula 1" üzrə Macarıstan Qran-prisinin keçirilməsi sual altına düşüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, buna ölkədə avqustun 15-dək 500-dən çox insanın iştirakı ilə idman tədbirlərinin qadağan olunması qərarı səbəb olub.
Bildirilib ki, Macarıstandakı yarış təxirə salınmasa belə, azarkeşsiz baş tutacaq. Həmçinin oktyabrın əvvəlində keçirilməsi nəzərdə tutulan Yaponiya Qran-prisinə də tamaşaçıların buraxılmayacağı gözlənilir. İddiaya görə, yerli təşkilat komitəsi artıq bilet satışını dayandırıb.
Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












