Dairədə hərəkət edən hansı avtomobil qaydanı pozmur? - DOĞRU CAVAB

Avtosfer.az saytı manevr qaydası ilə bağlı sualın doğru cavabını və qalib olmuş oxucunun adını təqdim edir.
Sual belədir: Dairəvi hərəkət təşkil edilmiş yolayrıcına daxil olan və dairəni tərk edən hansı avtomobil qaydaları pozmur?
1) 1 və 3 nömrəli avtomobil
2) 5 nömrəli avtomobil
3) 1 və 4 nömrəli avtomobil
4) 1, 4 və 5 nömrəli avtomobil
5) 2, 4 və 5 nömrəli avtomobil
Doğru cavab: 5) 2,4 və 5 nömrəli avtomobil
İzah: “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinə əsasən, sürücü dairəyə istənilən zolaqdan daxil ola bilər. Dairəni tərk edən zaman isə yalnız sağ zolaqdan manevr etməyə icazə verilir. Təqdim etdiyimiz fotoda 1 və 3 nömrəli avtomobil dairəni sağ zolaqdan tərk etmədiyi üçün qaydaları pozmuş hesab edilir. Lakin digər sürücülər qanunda göstərilmiş normadan kənara çıxmadıqları üçün qaydalar çərçivəsində hərəkət etmiş sayılırlar.
Sualın ilk düzgün və izahlı cavabını verən Cavid Babayev adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












