Dairəyə daxil olan sürücü hansı dönmə işığını yandırmalıdır? - DOĞRU CAVAB

Avtosfer.az saytı manevr qaydası ilə bağlı sualın doğru cavabını və qalib olmuş oxucunun adını təqdim edir.
Sual belədir: Dairəvi hərəkət təşkil edilmiş yolayrıcına daxil olan sarı rəngli avtomobilin sürücüsü dönmə işığını hansı istiqamətə yandırmalıdır?
1) Mütləq sağa
2) Mütləq sola
3) Gedəcəyi istiqamətə uyğun yandırmalıdır
4) Dönmə işığını yandırmamalıdır
5) Düzünə gedəcəyi halda yandırmamalıdır
Doğru cavab: 1) Mütləq sağa
İzah: “Yol hərəkəti haqqında” qanunun müvafiq normalarına əsasən, dairəyə daxil olan hər bir sürücü sonrakı hərəkət trayektoriyasından və hansı zolaqla daxil olmasından asılı olmayaraq mütləq sağa dönmə siqnalı verməlidir. Çünki o, faktiki olaraq sağa dönərək dairə boyunca olan başqa yola çıxır.
Sualın ilk düzgün və izahlı cavabını verən Tural İsmayılov adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












