Deputatdan veteran pulu ilə bağlı TƏKLİF

Cəmi 80 manat olan veteran pulu nəqliyyat və digər xərcləri ödəmir.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Aqil Məmmədov deyib.
Deputat bildirib ki, veteran pulu ən son 2019-cu ildə artırılıb: “Veteranlar sual edir ki, niyə veteran pulunda artım olmur. Yaralanmış veteranlar və digərlərinin veteran pulunda niyə fərqlərin olmaması məsələsi də qaldırılır”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, postmüharibə dövründə həmin şəxslərə göstərilən sosial dəstək tədbirlərindən 105 mini sosial ödənişlərə aiddir: “Sosial ödənişləri mütəmadi nəzərdən keçirməklə yanaşı, onların sosial inteqrasiyası da diqqət mərkəzindədir. Onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsini, yaralanan veteranların reabilitasiyasını təşkil edirik. Məsələyə kompleks yanaşırıq. Konkret bu cür fərqlərin tətbiq edilməsi ilə bağlı isə müzakirələr apara bilərik”.
(globalinfo)
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












