Formula 1 avtomobili ilə işə gedib-gəlmək olarmı?

Bakı dünyanın ən nüfuzlu idman tədbirinə sahiblik edir. Tamaşaçıların qarşısından bir göz qırpımında keçən avtomobilləri görən adamların “mən də sürərəm” deməsinə dəfələrlə qulaq şahidi olmuşam. Bəs bu maşınla hər gün işə gedib-gəlmək mümkündürmü?
Avtosfer.az-ın xəbərinə görə, 1 ədəd Formula 1 avtomobilinə xidmət üçün 60-70 nəfərlik komanda formalaşdırılır. Avtomobilin sürüşə hazırlanmasına təxminən 2 saat sərf olunur. Bu avtomobillərdə termostat olmadığından mühərrikə qaynar yağ və antifriz tökülür (100 dərəcə Selsi), bir çox detal əlavə olaraq qızdırılır.
Təkərlər də xüsusi isti çexolda gətirilərək avtomobilə taxılır. Bu maşınların əyləc sistemi çox yüksək temperatura hesablandığı üçün soyuq barabanlarda tormoz çox zəif olur. Mühərrik isə 140 dərəcə temperaturda işləyir. Konstruksiyanı yüngülləşdirmək üçün starter də ixtisara salınır.
Bir sözlə, göstərilıən prosedurları etmək üçün hər gün böyük bir komanda saatlarla çalışır. Gündəlik iş rejimində isə bu mümkün deyil. Lakin çarə var.
Avtomobil istehsalçıları insanların maraqlarını nəzərə alaraq Formula göstəricilərinə yaxın olan lüks avtomobillər hazırlayır. Bunların qiyməti isə milyonlarla ölçülür. Lakin onlar da F1 bolidini əvəz etmir. Çünki təyinat fərqlidir.
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi










