"Formula 1": Azərbaycan Qran-prisi sentyabrda keçirilə bilər

"Formula 1"in idman direktoru Ross Braun 2020-ci il mövsümündə fövqəladə hallar üçün planlar hazırlayıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, cari mövsüm üçün 8 - 19 Qran-prinin təşkili nəzərdə tutulub. Real təqvim isə özündə 15 mərhələni əks etdirir. Hazırda iyunun 28-nə nəzərdə tutulmuş Fransa Qran-prisinin də təxirə salınması gündəmdədir. Bu səbəbdən, mövsümə iyulda Avstriya və ya Böyük Britaniyada başlanılacaq. Avqustda Macarıstan, Niderland, Belçika və ya İtaliyada olmaqla, 3 Qran-pri nəzərdə tutulub. Lakin Niderland "Formula 1" təqviminə yenidən qayıdığını azarkeşsiz qeyd etməyəcəyini bildirib. Avropadan sonra diqqətlər şərqə yönələcək. Sentyabrda Sinqapur, Rusiya və təxirə salınmış Azərbaycan Qran-prisinin təşkili gerçəkləşə bilər. Oktyabrda Yaponiya, Vyetnam və Çin Qran-priləri gözlənilir. Noyabrda növbə ABŞ, Meksika və Braziliyaya yetişəcək. Mövsümə isə dekabrda Bəhreyn və Abu Dabi Qran-priləri ilə yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda nəzərdə tutulmuşdu.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












