“Formula 1”: Azərbaycan Qran-prisi üçün bilet satışına start verilib

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti “Formula 1” “Qatar Airways” Azərbaycan Qran-prisi üçün “early bird” erkən bilet satışına start verib.
Avtosfer.az xəbər verir ki, azarkeşlər seçilmiş tribunalara 20 faizədək endirim fürsətindən eksklüziv olaraq “Baku City Circuit” mobil tətbiqi üzərindən faydalana biləcəklər.
Kampaniya martın 5-dək davam edəcək. Azarkeşlərə 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi bileti də təqdim ediləcək.
Bundan əlavə, mobil tətbiq vasitəsilə istifadəçilər yarışın nəticələri, yarış həftəsində keçiriləcək əyləncə proqramları və trekətrafı yolların açılması və bağlanması ilə bağlı bildirişləri ilk əldə edəcəklər.
Qeyd edək ki, Azərbaycanın 8-ci dəfə ev sahibliyi edəcəyi “Formula 1” Qran-prisi sentyabrın 13-15-də baş tutacaq.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












