"Formula 1" Bakıdan alınıb İtaliyaya verilə bilər

İtaliya Avtomobil Klubunun prezidenti Angelo Stiççi ölkəsinin "Formula 1" üzrə Azərbaycan Qran-prisini əvəzləməsini təklif edib. Dünya çempionatının kommersiya hüquqlarına sahib olan "Liberty Media" şirkəti 2020-ci ildə bu ölkədə ikinci Qran-prinin keçirilmə ehtimalını araşdırır.
Bildirilib ki, şirkət sentyabrda Azərbaycanda Qran-pri təşkil etmək istəsə də, yarışın keçiriləcəyinə qəti təminat yoxdur. Çünki Bakıda infrastrukturu qurmaq üçün müəyyən vaxt lazımdır. Digər tərəfdən, Azərbaycan tərəfi yarışı azarkeşsiz keçirməkdə maraqlı deyil.
Bu plan gerçəkləşəcəyi təqdirdə, 6 sentyabrda ilk İtaliya Qran-prisi, 13 sentyabrda isə ikincisi olacaq. İtaliyadakı ikinci yarış Mucello, İmola və ya Monzada keçirilə bilər. Bunlardan Montsa seçilərsə, birinci Qran-Pridən 1 həftə sonra, yəni sentyabrın 13-də keçirilmə ehtimalı var. Bununla belə, İtaliya Qran-prisində azarkeşlərin olacağı bəlli deyil.
Qeyd edək ki, "Formula 1"də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5-7 iyunda keçirilməli idi. ("Report")
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












