"Formula 1" bolidlərinin ölçüsü kiçildilir

"Formula 1" Komissiyasının iclasından sonra Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2026-cı il mövsümü üçün dünya çempionatının bolidlər baxımından texniki reqlamentinin yaradılacağı prinsipləri açıqlayıb.
Avtosfer.az-ın məlumatına görə, FIA avtomobillərin ölçülərinin kiçildiləcəyini və çəki artımının dayandırılacağını bildirib.
Qərara əsasən, bolidlər ətraf mühitə uyğun və səmərəli olacaq. Avtomobillər arasında sıx rəqabət və onların daha da təkmilləşdirilməsi nəzərə alınacaq.
FIA xərcləri azaltmaq üçün strateji cəhətdən seçilmiş komponentlərin standartlaşdırılması və sadələşdirilməsi işini davam etdirəcək. Həmçinin ekoloji cəhətdən təmiz materialların və ya texnologiyaların istifadəsi genişləndiriləcək. Bundan əlavə, onların yenidən istifadəyə yararlığına diqqət yetiriləcək.
Qurum bolidlərin təhlükəsizliyini yaxşılaşdırmağa yönəlmiş işlərini də davam etdirəcək.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.
"Report"
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












