"Formula 1": Fransa Qran-prisi ləğv olundu - RƏSMİ

"Formula 1" üzrə Fransa Qran-prisi ləğv olunub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "Formula 1"in rəsmi "Twitter" hesabı məlumat yayıb. Səbəb kimi yerli hökumətin ölkədə kütləvi idman yarışlarına qoyulan qadağa müddətini iyulun ortalarınadək uzatması göstərilib. Fransa Qran-prisinin icraçı direktoru Erik Bulyo bütün diqqətləri 2021-ci ilə yönəltdiklərini bildirib. Builki yarış iyunun 28-nə nəzərdə tutulurdu.
Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya və Monako mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












