"Formula 1" komandaları üçün böyük maliyyə yardımı ayrıldı

"Formula 1" brendinin sahibi "Liberty Media" şirkəti koronavirus pandemiyası ilə əlaqədar vəsaitləri yenidən bölüşdürmək məcburiyyətində qalıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, şirkət yarışa 1,4 milyard ABŞ dolları məbləğində maliyyə yardımı edib. "Liberty Media"nın icraçı direktoru Qreq Maffey də "Formula 1"ə pul ayrıldığını təsdiqləyib. Maffey bildirib ki, bu məbləğ bir neçə istiqamətdə xərclənəcək. Vəsaitin məyyən hissəsi isə komandaların ödəmə qabiliyyətini qorumağa kömək edəcək.
Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya və Monako mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












