"Formula 1" komandalarından ikisi fəaliyyətini dayandırdı

“Formula 1”də yarışan İngiltərənin “Williams” və “Racing Point” komandaları müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, buna koronavirus böhranı səbəb olub. Hər iki komanda pilotlarla yanaşı, bəzi işçilərin də məvaciblərini azalıb. Onların arasında məzuniyyətə göndərilənlər də olub. “Williams” britaniyalı pilot Corc Rassellin və kanadalı Nikolas Latifinin 20 faiz maaş alacağını qeyd edib. “Racing Point” isə meksikalı Serxio Peres ilə kanadalı Lens Strollun könüllü olaraq məvacibdəki azalmanı qəbul etdiyini bildirib. İngiltərə təmsilçiləri qərarın təsir göstərdiyi işçilərinin sayını açıqlamayıb.
Xatırladaq ki, daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Monakodakı yarışı ləğv edib. Azərbaycanla yanaşı, Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Hollandiya və İspaniya Qran-priləri təxirə salınıb. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi








