"Formula 1": Mövsümün açılışını amerikalı milyarder edəcək

"Microsoft" şirkətinin qurucusu Bill Geyts "Formula 1" üzrə dünya çempionatında Avstriya Qran-prisinin fəxri qonağı olacaq. Mövsümün ilk yarışının açılışını məhz amerikalı maqnat edəcək.
Onu Qran-priyə Avstriyanın "Red Bull" şirkətinin sahibi, milyarder Ditrix Mateşits şəxsən dəvət edib. Komandanın avtoidman üzrə məsləhətçisi Helmut Marko isə məlumatı şərh etmək istəməyib.
Qeyd edək ki, "Formula 1"də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.
Avstriya Qran-prisi 3 - 5 iyul və 10 - 12 iyulda keçiriləcək. ("Report")
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












