"Formula 1": Mövsümün tam təqvimi nə vaxt açıqlanacaq?

Yarışma 12 İyun 2020 14:11 Oxunub 1312
"Formula 1":  Mövsümün tam təqvimi nə vaxt açıqlanacaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Formula 1" üzrə dünya çempionatında cari mövsümün qalan hissəsinin təqviminin açıqlanacağı vaxt məlum olub. Digər yarışların tarixi iyulun 5-də start götürəcək Avstriya Qran-prisinədək elan olunacaq.

Yarışın rəhbərliyi 2020-ci ildə ümumilikdə 15 - 18 Qran-pri təşkil etməyi planlaşdırır. Mövsümə dekabrın ortalarında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə yekun vurulacaq.

Qeyd edək ki, "Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Mövsümə Avstriyada (3 - 5 iyul və 10 - 12 iyul) start veriləcək. Daha sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub. ("Report")

ŞƏRH YAZ
Ad

E-mail

Şərh