"Formula 1": Son gündə "Mercedes" komandası hamını qabaqladı

"Formula 1" üzrə dünya çempionatının mövsüm öncəsi ikinci test sessiyasına yekun vurulub.
"Report"un məlumatına görə, İspaniyanın Barselona şəhərindəki Katalunya trasında keçirilən test sessiyasının son günündə ən yaxşı nəticəyə Almaniyanın "Mercedes" komandasının pilotu Valtteri Bottas imza atıb. O, 79 dövrəni 1 saat 16,196 dəqiqəyə qət edib.
Avstriyanın "Red Bull Racing" komandasının sürücüsü Maks Ferstappen 1 saat 16,269 dəqiqə (45 dövrə) göstərici ilə ikinci olub. Fransanın "Renault" kollektivinin pilotu Daniel Rikkardo isə üçüncü ən yaxşı nəticəni göstərib - 1 saat 16,276 dəqiqə (65 dövrə).
İkinci test sessiyasının ilk günündə "Alfa Romeo" komandasının pilotu Robert Kubitsa, ikinci gündə isə İtaliyanın "Ferrari" komandasının sürücüsü Sebastyan Fettel hamını qabaqlayıb.
Qeyd edək ki, "Formula 1" üzrə 2020-ci il dünya çempionatında ilk Qran-pri 13 - 15 martda Avstraliyadakı “Albert Park” trasında keçiriləcək. Mövsümə 27 - 29 noyabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 5-7 iyunda olacaq.

"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












