“Formula 1” tezliklə qadağan edilə bilər - SƏBƏB

Ətraf mühitə mənfi təsir göstərdiyinə görə, ümumilikdə avtoidman, xüsusən də “Formula 1” bir çox ölkələrin hökumətləri tərəfindən qadağan edilə bilər.
Avtosfer.az-ın xəbərinə görə, bunu dördqat dünya çempionu Sebastyan Fettel bildirib.
“İmola ləğv edilib (daşqın səbəbindən – red.). Qudvud festivalı dünən pis hava şəraitinə görə ləğv edilib. Ekstremal hava şəraiti ilə iqlim dəyişikliyi, istiləşmə arasında birbaşa əlaqə var. Düşünürəm ki, dünya dəyişir və bu bizim həyatımıza təsir edir. Bəzi regionlarda hava kəskin şəkildə dəyişir.

Yarışdan üç həftə əvvəl Mayami su altında qaldı, Kanadada meşə yanğınları baş verdi. Avtomobillərin ətraf mühiti birbaşa çirkləndirməsi ilə yanaşı, “Formula 1”in çox böyük məsuliyyəti var, çünki onu çox adam ziyarət edir. Vaxt gələcək ki, müxtəlif ölkələrin hökumətləri imtina etməli olduqları, qadağan edilməli olan şeyləri axtarmağa başlayacaqlar. Avtomobil idmanı da belə şeylər siyahısında ola bilər”, - Fettel vurğulayıb.
Sebastyan Fettel dəfələrlə avtoidmanın ekoloji komponenti ilə bağlı narahatlığını ifadə edib və 2022-ci ildə “Formula 1”dəki karyerasını başa vurub.
Lent.az
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












