"Formula 1"də yeni mövsüm Razılıq Sazişi olmadan başlaya bilər

Komanda sahibləri ortaq məxrəcə gələ və Razılıq Sazişi imzalaya bilməsələr belə, "Formula 1"də 2021 mövsümü başlayacaq. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "Liberty Media"nın rəhbəri Çeyz Keri "The Race" nəşrinə açıqlamasında deyib.
O, sazişlə bağlı müzakirələrin son mərhələsinə gəldiklərini, ancaq danışıqların koronavirusa görə dayandırıldığını bildirib: "Müzakirəni təxirə salmaq və 2020-ci ildəki problemlərə köklənmək qərarına gəldik. Bu mövsümün təqvimi həll olunduqdan və yeni texniki reqlament şərtlərində komandalarla anlaşdıqdan dərhal sonra Razılıq Sazişinə qayıdacağıq".
Ç.Kerinin sözlərinə görə, komandalarla razılığa gəlməyəcəkləri təqdirdə, hazırkı reqlamentdən istifadə edəcəklər: "Komandaları fakt qarşısında qoymaq olar: yarışlarda iştirak etmək istəyirlərsə, şərtlər, bax, bu cür olacaq. Əvvəlcədən razılaşdırılmış qaydalar uzunmüddətli perspektivdə sabitliyi təmin edəcək".
Qeyd edək ki, "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












