Pis starta səbəb yeni sükan idi - Sayns

“Ferrari” komandasının pilotu Karlos Sayns bildirib ki, mübarizəni dayandırdığı üçün özünü günahkar bilir.
Avtosfer.az xəbər verir ki, ispaniyalı sürücü yarışı 9-cu yerdən başlasa da, startda Hard təkərləri seçib. Buna görə də startda 13-cü yerə geriləyib. Daha sonra isə Mik Şumaxerə hücum edərkən yerində fırlanıb və mübarizəni dayandırıb.
Qəzadan sonra müsahibə verən Karlos Sayns bildirib ki, pis starta səbəb yeni sükan olub: “Bu, sürücü səhvidir və özümə tənqidi yanaşmalıyam. Bu təkərləri yeni tanıyırıq və bu həftə Hard təkərlərlə dövrələr vurmaq çətin idi. Limitdə necə sürəcəyimi bilmirdim.
Artıq nəticə çıxardım: Limitdə sürməməliyəm və səbirli olmalıyam. Ancaq komanda olaraq da mükəmməl deyildik. Çox problem yaşadıq. Məsələn, “anti-stall” (motorun dayanmasını əngəlləyən sistem) və sıralanma turundakı problem üzərimizdəki təzyiqi artırdı.
Dünəndən sükan üzərindəki bəzi düymələr işləmirdi. Sükanı yarışın startına az qalmış dəyişdirməli olduq. Buna görə də ikinci sükan yaxşı sazlanmadı və sükan üzərindəki tork xəritəsi səhv idi. Belə olan halda sərt təkərlərlə startda geriyə düşdük və yüksəlmək istəyərkən qəza etdik”.
Publika.az
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB











