İtaliya Qran-prisinin qalibi məlum oldu - FOTO

Montsa avtodromunda "Formula 1" üzrə İtaliya Qran-prisi keçirilib.
"Report"un məlumatına görə, dünya çempionatının sayca 8-ci mərhələsinin qalibi "Alfa Tauri" pilotu Pyer Qasli olub. "McLaren"dən Karlos Sayns ikinci, "Racing Point"dən Lens Stroll üçüncü yeri tutub.
Çempionatın lideri, "Mercedes" pilotu Lüis Hemilton qapalı olduğu vaxt pit-leynə girdiyi üçün cərimə xalı alıb. Yürüş "Ferrari" pilotu Şarl Leklerin qəzasından sonra dayandırılıb. Bu səbəbdən, yarış bərpa olunduqdan sonra və cəzalandırıldığı üçün Hemilton son pilləyə enib. O, qalan vaxt ərzində yalnız 7-ci yerədək irəliləyə bilib.
Ümumilikdə 53 dövrəlik mübarizəni 20 pilotdan 16-sı sona çatdıra bilib.
İtaliya Qran-prisindən pilotların mübarizəsində Lüis Hemilton 164 xalla liderliyini davam etdirir. Onun "Mercedes"dəki komanda yoldaşı Valtteri Bottas 117 xalla 2-ci, "Red Bull" pilotu Maks Ferstappen 110 xalla üçüncüdür.
Konstruktorların yarışında "Mercedes" 281 xalla birinci, "Red Bull Racing Honda" 158 xalla ikinci, "McLaren Renault" 98 xalla 3-cü yerdə gedir.

Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












