Banner

Makron “Artsax” aşiqinə Fransanı “Formula-1”ə qaytarmağı tapşırdı

Yarışma 14 İyul 2023 15:29 Oxunub 800
Makron “Artsax” aşiqinə Fransanı “Formula-1”ə qaytarmağı tapşırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu günlərdə tədbirlərin birində Nitsa şəhərinin meri Kristian Estrozi Fransa prezidentinə ölkədə son 2 ildə “Formula-1” yarışlarının keçirilməməsinin səbəbləri barədə sual ünvanlayıb. 

Avtosfer.az-ın xəbərinə görə, Emmanuel Makron elə həmin merin özünə F-1-ə qayıdışla bağlı texniki məsələləri həll etməyi tapşırıb. İndi keçmiş F-1 pilotu yarış yeri seçməkdən tutmuş bütün işləri təşkil etməlidir. 

Artıq 2024-cü ilin yarış proqramı məlumdur. Fransa ən yaxşı halda bu mötəbər tədbirə 2025-ci ilin yayından ev sahibliyi edə bilər. Bizi maraqlandıran məsələ isə başqadır. 

Kristian Estrozi qatı Ermənistan aşiqi kimi tanınır. 44  günlük müharibədən sonra o, hay-küyün dozasını bir qədər də artırıb. Deputatın sosial media hesabları Azərbaycan və Türkiyəyə qarşı qaraqışqırıqla doludur. Ancaq bir fakt faktlığında qalır: dünyada “Dəmir yumruq” əməliyyatının nəticələrini dəyişə biləcək qüvvə mövcud deyil. 

O ki qaldı, Fransaı F-1-ə qaytarmaq, bu da bələdiyyənin balkonundan qondarma Artsax “bayrağı” asmaq qədər asan deyil.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh