Maks Ferstappen: “Uğurlu seriyamda Azərbaycan Qran-prisi həlledici rol oynadı”

“Uğurlu seriyamda Azərbaycan Qran-prisi həlledici rol oynadı”.
Avtosfer.az-ın məlumatına görə, bunu “Formula 1” üzrə dünya çempionatında çıxış edən “Red Bull” komandasının pilotu Maks Ferstappen deyib.
Niderland Qran-prisində finişə birinci çataraq, ardıcıl 9-cu dəfə mərhələnin qalibi olan və tarixi rekordu təkrarlayan təcrübəli sürücü sonuncu dəfə Azərbaycanda təşkil olunan mərhələdə fəxri kürsünün ən yüksək pilləsinə qalxmadığını xatırladıb.
26 yaşlı idmançı bunun karyerasının növbəti dönəminə müsbət təsir göstərdiyini bildirib: “Bakıdakı yarışda avtomobildə bəzi şeyləri necə edəcəyimi öyrəndim. Düzdür, Bakıda ikinci yeri tutdum. Amma orada avtomobildə müxtəlif alətlər sınadım. Bu, yarışda mənə problem yaratsa da, sonrakı mərhələlərdə xeyrini gördüm”.
Qeyd edək ki, aprelin 30-da keçirilən Azərbaycan Qran-prisini “Red Bull”un digər pilotu Serxio Peres qazanıb. Maks Ferstappen hazırda 339 xalla sürücülərin yarışına liderlik edir. İkinci sıradakı Serxio Peresin hesabında 201 xal var.
Report
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












