Manevr edən hansı sürücü qaydaları pozur? - DOĞRU CAVAB

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib olmuş oxucunun adını təqdim edir. Sual belədir:
Hansı avtomobilin sürücüsü göstərilən istiqamətdə hərəkət etməklə manevretmə qaydalarını pozacaq?
1) Qırmızı və göy rəngli avtomobillərin sürücüləri
2) Göy rəngli avtomobilin sürücüsü
3) Yaşıl rəngli avtomobilin sürücüsü
4) Qırmızı rəngli avtomobilin sürücüsü
5) Heç biri
Doğru cavab: 2) Göy rəngli avtomobilin sürücüsü
İzahı: “Yol Hərəkəti Haqqında” Qanunun 42-ci maddəsinin VI hissəsində qeyd olunub ki, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Yəni göy rəngli avtomobil sola dönmək üçün əvvəlcədən sol zolaqda yerləşmədiyi üçün qaydaları pozmuş hesab olunur. Qırmızı avtomobil sola dönmək üçün sol zolaqda yerləşdiyi üçün, yaşıl avtomobilin sürücüsü isə məcburi hərəkət istiqaməti nişanının tələbinə uyğun şəkildə düzünə hərəkət etdiyi üçün qaydaları pozmamış hesab olunur.
Sualın ilk düzgün və izahlı cavabını verən Mustafayev Abdulla adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












