Mixael Şumaxer yenidən əməliyyat olunacaq

"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxer növbəti dəfə əməliyyat olunacaq. Bu barədə daha əvvəl əfsanəvi pilotun müalicəsi ilə məşğul olan ürək cərrahı Filipp Menaşe "Contro Copertina" nəşrinə açıqlamasında bildirib.
Həkim deyib ki, Şumaxerin ürək toxumasına kök hüceyrələrini köçürmək üçün eksperimental əməliyyat aparılacaq. O bildirib ki, əsas məqsəd 51 yaşlı keçmiş pilotun sinir sistemini bərpa etməkdir.
Neyrocərrah Nikola Akkyari isə Şumaxerin əzələ atrofiyası və osteoporozdan əziyyət çəkdiyini söyləyib: "Son 20 ildə elm kök hüceyrə müalicəsində irəliyə doğru böyük addım atıb. Amma bu, hələ də insan beyni haqqında az bilməyimiz reallığını dəyişdirmir. Əməliyyatın nəticəsinin necə olacağını indidən demək çətindir".
Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir. ("Report")
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi








