Mixael Şumaxerin çempion olduğu avtomobil satışa çıxarıldı

"Formula 1"in əfanəvi pilotu Mixael Şumaxerin dünya çempionu olduğu "Reynard 903" avtomobili satışa çıxarılıb.
Avtosfer.az xəbər verir ki, "Report"un "Motorsport-Total"a istinadən verdiyi məlumata görə, bolidin qiyməti açıqlanmayıb. Bildirilib ki, bunu yalnız sorğu göndərməklə öyrənmək olar.
Şumaxerin 1990-cı ildə məhz həmin bolidlə WTS komandasının tərkibində Almaniyada "Formula-3"ün qalibi olduğu vurğulanıb. 185 at gücündə olan "Opel" yarış avtomobili tam işlək vəziyyətdədir.
Qeyd edək ki, yanvarda "Formula 1"in 7 qat çempionunun ən son fotosunun satılacağına qərar verilmişdi. Hətta sui-istifadəçilər buna görə 1 milyon funt-sterlinq ödəməyə hazır idilər.
Amma həmin vaxt Şumaxerin vəziyyətindəki dəyişiklik barədə danışan neyrocərrah Nikola Aççarri bildirmişdi ki, pilotun hazırkı görünüşü xizək qəzasından əvvəlkindən xeyli fərqlənir.
Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ildə Alp dağlarında xizək sürərkən qəzaya uğrayıb. O, başından aldığı ağır zərbədən komaya düşmüşdü.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












