Park edilən hansı avtomobil qaydaları pozur? - DOĞRU CAVAB

Avtosfer.az saytı dayanma-durma qaydası ilə bağlı sualın doğru cavabını və qalib olmuş oxucunun adını təqdim edir.
Sual belədir: İkitərəfli yolda park edilən avtomobillərin hansı qaydaları pozur?
1) Hamısı pozur
2) Göy rəngli avtomobil
3) Ağ və göy rəngli avtomobillər
4) Ağ rəngli avtomobil
5) Ağ, göy və qırmızı rəngli avtomobillər
Doğru cavab: 1) Hamısı pozur
İzah: Dayanma-durmanı qadağan 3.27 nişanı və onun alt hissəsində quraşdırılmış qüvvədə olma zonası lövhəciyi bildirir ki, nişana qədər və nişandan sonra dayanma durma qadağandır. Eyni zamanda qanunvericilikdə qeyd olunub ki, ikitərəfli hərəkət olan yollarda sol tərəfdə dayanma-durma qadağandır. Deməli bu fotoda bütün sürücülər qaydaları pozub.
Sualın ilk düzgün və izahlı cavabını verən Cavad Salmanlı adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












