Pekin-Paris ralli iştirakçıları Bakıya gətirilib
Yarışma
8 İyun 2024 19:10

Ənənəvi Pekin-Paris beynəlxalq avtomobil rallisi iştirakçıları “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstanın Kurık limanından Bakı Limanına çatıb.
Avtosfer.az bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, ümumilikdə gəmiyə 92 ədəd unikal avtomobil yüklənib. Bu avtomobillərin orta yaşı 88-dir, ən köhnə avtomobilin isə 110 yaşı var.
"İştirakçılar Bakıya bu gün çatıblar, buradan onlar Gürcüstana yola düşəcəklər. Bundan sonrakı marşrut xətti isə, Türkiyə, Yunanıstan, İtaliya və Fransa olacaq", - Bakı Limanı bildirib.
Qeyd edək ki, ilk dəfə 1907-ci ildə təşkil olunmuş ralli 14 000 km məsafəni əhatə edir.
Oxunub : 1478
DİGƏR XƏBƏRLƏR
7 Oktyabr 2026 10:00
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
25 Sentyabr 2026 16:26
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
25 Sentyabr 2026 10:30
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
24 Sentyabr 2026 10:56
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
24 Sentyabr 2026 10:06
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
24 Sentyabr 2026 09:11
Bu gün Bakıda "Formula 1" başlayır
22 Sentyabr 2026 19:00
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
18 Sentyabr 2026 10:11
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
11 Sentyabr 2026 12:30
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
4 Sentyabr 2026 20:00
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
28 Avqust 2026 11:18
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
18 Avqust 2026 12:00
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
ŞƏRH YAZ












