Qələbədən qələbəyə: yol polisinin övladından yeni medal - VİDEO - FOTO

Dəfələrlə beynəlxalq yarışlarda ölkəmizi təmsil edərək qələbələr qazanmış idmançı Emili Rzayeva yenidən qalib olub.
Avtosfer.az xəbər verir ki, iyulun 21-də Polşada keçirilən 3-cü Avropa oyunlarında Tayland boks növü üzrə Azərbaycan milli komandasının təmsilçisi, 16 yaşlı Emili Rzayeva özündən 25 yaş böyük idmançılarla döyüşərək ölkəmizə bürünc medal qazandırıb.
Qeyd edək ki, Emili gənc olmasına baxmayaraq artıq bir neçə döyüş idman növü üzrə Dünya və Avropa çempionu, 4 döyüş idman növü üzrə İdman ustasıdır.
Medalını 2 iyul "Polis günü" münasibəti ilə atası və Azərbaycan polislərinə hədiyyə edən Emili hər birimizin fəxridir.
Xatırladaq ki, Emilinin atası və eyni zamanda şəxsi məşqçisi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin YPX Alayının fiziki hazırlıq üzrə baş inspektoru polis polkovnik-leytenantı Emil Rzayevdir.
Biz də Avtosfer.az olaraq Emili və onun ailəsini təbrik edirik.
Orxan
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN















