Silverstoun iki yürüşə hazır olduğunu təsdiq edib

2020-ci il mövsümü üçün yeni təqvimin ilkin versiyası hələlik açıqlanmayıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, ikisi Şpilberqdə, ikisi də Silverstounda olmaqla, tamaşaçısız dörd yürüşdən ibarət variant müzakirə edilir. Silverstounun təmsilçisi Stüard Prinql təsdiq edib ki, onlar məhz belə ssenariyə hazırlaşırlar.
Stüard Prinql deyib: "Biz bütün variantları, o cümlədən bir həftəsonunda iki yürüşün və dalbadal iki həftəsonunda iki yürüşün keçirilməsi variantını Formula 1 rəhbərliyi ilə müzakirə etdik. Mən tamamilə əminəm ki, biz belə tədbirlər keçirə bilərik. Bizim böyük təcrübəmiz var".
Formula 1 bu il dünya çempionatını mükəmməl keçirmək üçün hər cür səy göstərir. Biz onlarla müntəzəm ünsiyyət saxlayırıq. Onlar bizdən iki yürüş keçirə bilib-bilməyəcəyimizi, yürüşün bağlı qapılar arxasında keçirilib-keçirilməyəcəyini soruşurlar və həmişə müsbət cavab alıblar.
Düşünürəm ki, təqvimə dair qərar mayın əvvəlində qəbul ediləcək. Formula 1 rəhbərliyi dalbadal bir neçə yürüşün keçiriləcəyinə əmin olmadan dünya çempionatına start verə bilməyəcək. Azarkeşləri yerləşdirmək üçün infrastruktur yaratmaq zərurəti yaranmasa, istənilən müddət bizim üçün münasib olacaq".
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












