Sürücü hansı istiqamətlərdə hərəkət edə bilər? - DÜZGÜN CAVAB

Avtosfer.az saytı manevr qaydası ilə bağlı yeni sualı və doğru cavabı təqdim edir: Sürücü yolayrıcında göstərilmiş hansı istiqamətlər üzrə hərəkət edə bilər?
1) Yalnız A
2) A və C
3) A və B
4) A, B və C
5) Bütün istiqamətlərə
Doğru cavab: 1) Yalnız A
İzah: Sürücü sağ zolaqda yerləşdiyi üçün sola və geriyə dönə bilməz. Qanunvericilikdə qeyd olunub ki, sola və geriyə dönmək istəyən sürücülər müvafiq kənar vəziyyət seçməlidirlər. Yolayrıcı qarşısında quraşdırılmış məlumatverici nişanın üzərində sağa dönmə qadağan edilməklə hərəkət trayektoriyası verilib. Sağa dönmək istəyən sürücülər mütləq həmin trayektoriya üzrə hərəkət etməlidirlər. Həmin vəziyyətdə sürücü yalnız A istiqaməti üzrə düzünə hərəkət edə bilər.
Sualın ilk düzgün cavabını verən Lalə Mehralıyeva adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












