Sürücü oxla göstərilmiş yerdə dayana və ya dura bilər? - DOĞRU CAVAB

Avtosfer.az saytı dayanma-durma qaydası ilə bağlı yeni sualı və doğru cavabı təqdim edir: Sürücü yolun kənarına quraşdırılmış bu nişandan sonra göstərilən yerdə dayana və ya dura bilər?
1) Yalnız sərnişin düşürmək məqsədilə dayana bilər
2) Yalnız nasazlıq səbəbindən dayana bilər
3) Həm dayana, həm də dura bilər
4) Hər ikisi qadağandır
Doğru cavab: 3) Həm dayana, həm də dura bilər.
İzah: Yolun kənarına quraşdırılmış 5.1 nişanı avtomagistral yolun olduğunu bildirir. Qanunvericiliyə görə, bu nişanla işarələnmiş yolda dayanma və durma qadağandır. Lakin 5.1 nişanı ilə birgə quraşdırılmış 7.1.1 obyektə qədər məsafə lövhəciyi bildirir ki, avtomagistral yol 1000 metrdən sonra başlayır. Deməli, fotoda oxla göstərilmiş yer avtomagistral olmadığı üçün sürücünün həmin yol sahəsində dayanması və durması qaydalar çərçivəsində olacaqdır.
Bu dəfə suala düzgün cavab verilmədiyindən qalib şəxs seçilmədi.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












