Sürücü yolayrıcında hansı istiqamət üzrə hərəkət edə bilər? - DOĞRU CAVAB

Avtosfer.az saytı manevr qaydası ilə bağlı yeni sualı və qalib olmuş şəxsin adını oxuculara təqdim edir:
Sürücü yolayrıcında göstərilmiş hansı istiqamətlər üzrə hərəkət edə bilər?
1) Yalnız A
2) A və B
3) A və C
4) B və C
5) Bütün istiqamətlərə
Doğru cavab: 1) Yalnız A
İzah: Yolun kənarında quraşdırılmış xəbərdarlıq nişanı və altındakı lövhəcikdən məlum olur ki, 300 metrdən sonra ikitərəfli yol başlayacaq. Deməli sürücü hələ ki, birtərəfli yolda hərəkət etmiş sayılır. Bu səbəbdən də birtərəfli yolda geriyə dönmək birmənalı olaraq qadağandır. Sola dönmək üçün isə sürücü kənar vəziyyət seçməli idi. "Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsində qeyd olunub ki, sağa və sola dönən sürücü həmin istiqamətdə müvafiq kənar vəziyyət seçməlidir. Sürücü sola dönmək üçün kənar vəziyyət seçmədiyi üçün yalnız A istiqaməti üzrə hərəkət edə bilər.
Sualın ilk düzgün cavabını verən Mariya Mustafayeva adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












