Yolayrıcında kim yol verməlidir? - DOĞRU CAVAB

Avtosfer.az saytı ötən həftə 156 Evakuasiya xidmətinin təqdim etdiyi sualın doğru cavabını və qalib olmuş oxucunun adını təqdim edir. Sual belədir:
Yolayrıcında kim yol verməlidir?
1) Sarı avtomobilin sürücüsü
2) Qırmızı avtomobilin sürücüsü
3) Qaydalarda belə hal müəyyənləşdirilmədiyi üçün sürücülər öz aralarında razılığa gəlməlidir
4) Stop nişanı olduğu üçün sarı avtomobilin sürücüsü
Doğru cavab: 2) Qırmızı avtomobilin sürücüsü
İzahı: Hər iki sürücünün qarşısında quraşdırılmış nişan baş yolda hərəkət edən sürücülərə yol verməyi tələb edir. Qırmızı avtomobilin qarşısında quraşdırılmış 2.4 (yol ver) və sarı avtomobilin qarşısında quraşdırılmış 2.5 (stop) nişanı eyni statusa malik olduğu üçün hər iki sürücü eyni əhəmiyyətli yolda hərəkət etmiş olurlar.
“Yol Hərəkəti Haqqında” Qanunun 77-ci maddəsinin III hissəsində qeyd olunub ki, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Qanunun tələbinə görə qırmızı avtomobilin sürücüsü sağdan yaxınlaşan sarı avtomobilin sürücüsünə yol verməlidir.
Sualın ilk düzgün və izahlı cavabını verən Əhməd Əhmədli adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












