“Yolunuzu bizdən salın!” mövzusunda onlayn yarış keçirilib - FOTO

“Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq yol hərəkəti qaydalarına həsr olunmuş “Yolunuzu bizdən salın!” mövzusunda Respublika üzrə növbəti onlayn yarış 20 aprel 2021-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Xızı, Qax, İsmayıllı, Oğuz rayon uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilib.
Məqsəd respublikamızın müxtəlif bölgələrində təhsil alan şagirdlərin yol hərəkəti qaydaları haqqında bilik səviyyələrini yoxlamaq, onların bu sahəyə marağını artırmaqdan ibarət olub.
Yarışda Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları polis mayoru Araz Əsgərli, polis baş leytenantı Pərvanə Muradova, Qusar rayon Dövlət Yol Polisi İdarəsinin polis mayoru Natiq Müzəffərov, Siyəzən rayon Dövlət Yol Polisi İdarəsinin polis baş serjantı Mirsaleh Cabbarov, Xızı rayon Dövlət Yol Polisi İdarəsinin polis kapitanı İntiqam Mikayılov, Oğuz rayon Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Zaur Quluyev, Xaçmaz rayon Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Elçin Tağıyev, İsmayıllı rayon Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Şükür Sədullayev, Şabran rayon Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Emin Xəlilov, Quba rayon Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, leytenant Rauf Yağnəliyev, Qax rayon Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Namiq İsrafilov, Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və rayon uşaq-gənclər inkişaf mərkəzlərinin əməkdaşları, müəllimlər və valideynlər iştirak edib.
Münsiflər heyəti: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsininin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis kapitanı Araz Əsgərli, polis baş leytenantı Pərvanə Muradova idi.
Yarış Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Xızı, Qax, İsmayıllı, Oğuz rayon uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərindən təşkil olunmuş 9 komanda arasında 2 raundda keçirilib. Hər komanda 5 üzvdən ibarət olub. 45 şagirdin cəlb olunduğu yarışın I raundunda mövzu ilə bağlı rəsm çəkilib, II raundunda uşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri ekranda əks olunan suallarla yoxlanılıb.
Hər bir komandanın mövzu ilə bağlı çəkdiyi rəsmlər qiymətləndirilərək onların nəticələrinə əlavə olunub.
Yarışın nəticəsinə görə Qusar rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası I, Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası II, Oğuz rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası isə III yerə layiq görülüblər.
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO










































