Yük maşını hansı lövhəcikdə park edə bilər? - DOĞRU CAVAB

Avtosfer.az saytı parklanma qaydası ilə bağlı yeni sualı oxuculara təqdim edir.
3.5 tondan yuxarı olan nəqliyyat vasitələrinin sürücüləri bu lövhəciklərin hansında göstərilmiş üsulla park edə bilər?
1) 2,4,5
2) 1,3
3) Yalnız 5
4) Yalnız 2
5) Hamısında park edə bilər
Doğru cavab: 3) Yalnız 5
İzah: Nəqliyyat vasitəsinin duracağa qoyulma üsulu lövhəcikləri parklanmanı bildirən nişanla tətbiq olunur. 5-ci lövhəcikdən başqa digərləri yalnız minik avtomobillərinə aiddir. Bu lövhəciklər tətbiq edilmiş parklanma yerlərində yük avtomobilləri ilə yanaşı avtobuslar, traktorlar və başqa özügedən maşınlar duracağa qoyula bilməz. Bütün növ nəqliyyat vasitələrinin, o cümlədən yük avtomobillərinin parklanmasına icazə verən yalnız 5-ci lövhəcikdir.
Sualın ilk düzgün cavabını verən Sabit Əkbərov adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












