Banner

Cəriməni ödəməyən piyadanı nə gözləyir? - İZAH

Yazarlar 2 İyul 2014 01:07 Oxunub 75418
Cəriməni ödəməyən piyadanı nə gözləyir? - İZAH
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Üç aydan sonra əsas cərimə ilə yanaşı, 60 faiz miqdarında dəbbə pulu da ödənilməlidir

Yol hərəkəti qaydalarını pozmaya görə təkcə sürücülərə yox, piyadalara, sərnişinlərə, velosipedçilərə və mal-qara ötürən şəxslərə də cərimə tətbiq olunur. Həmin cərimələrin ödənilməsi qaydası və ödənişin gecikdirildiyi halda bunun nəticələri sürücülərin düşdüyü vəziyyətdən bir qədər fərqlidir. İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsi ümumi şəkildə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq olunan cərimə tənbehinin icrası qaydasını fərqləndirir. Belə fərqlilik cərimə tənbehinin şəxsdən alınmasını təmin etməyə yönələn bir sıra özünəməxsus tədbirlərin tətbiqində ifadə olunub. Belə ki, həmin Məcəllə cərimənin ödənilməsinin gecikdirildiyi təqdirdə əvvəlcə cərimə məbləğinin üzərinə dəbbə pulu (faiz) əlavə olunmasını, daha sonra qaydanı pozarkən idarə olunan nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa qoyulmasını, bundan sonra sürücünün nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasını, ən nəhayətdə isə məcburi icra tədbirləri görülməsini nəzərdə tutur. Lakin bu tədbirlərin mahiyyətinə diqqət etdikdə bunların ikisinin, yəni nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa qoyulmasının və nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasının qaydanı pozmuş piyadaya, sərnişinə, velosipedçiyə və mal-qara ötürən şəxsə tətbiq edilməsinin mümkün olmadığını görürük. Deməli, piyada, sərnişin, velosipedçi və mal-qara ötürən şəxs qismində qaydaları pozaraq cəriməyə məruz qalmış şəxs müvafiq cəriməni vaxtında ödəmədikdə onun barəsində yalnız yuxarıdakı tədbirlərdən biri tətbiq oluna bilər: cərimə məbləğinin üzərinə dəbbə pulu əlavə oluna bilər. Belə şəxslər barəsində digər iki tədbirin tətbiqi mümkün deyil. Həmin iki tədbir yalnız sürücü qismində yol hərəkəti qaydalarını pozmuş şəxsə tətbiq oluna bilər. 

Yol hərəkəti qaydalarını pozmuş piyada, sərnişin, velosipedçi və mal-qara ötürən şəxs tətbiq olunan cəriməni həmin cərimənin tətbiqi barədə qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində könüllü ödəməzsə, İnzibati Xətalar Məcəlləsinin 451.7-ci maddəsinə əsasən, hər gün üçün 1% dəbbə pulu əlavə olunur. Dəbbə pulu 2 ay müddətində əlavə olunmaqda davam edir və ən pis halda qərarın qüvvəyə minməsindən sonra 3 ayın tamamında 60 faizə çata bilər. Deməli, cəriməni vaxtında ödəməyən piyada, sərnişin, velosipedçi və mal-qara ötürən şəxs qərarın qüvvəyə minməsindən 3 ay sonra artıq əsas cərimə ilə yanaşı, onun 60 faizi miqdarında dəbbə pulu da ödəyəcək. 

Bu şəxslər cəriməni ödəməməkdə davam edərlərsə, artıq cərimə barədə qərar məcburi icraya yönəldiləcək. Məcburi icranı «İcra haqqında» qanuna uyğun olaraq icra məmurları həyata keçirirlər. İcra məmurları həmin qanunun 43.1-ci maddəsində nəzərdə tutulan aşağıdakı məcburi icra tədbirlərindən birinin tətbiqi ilə cərimənin ödənilməsini təmin edə bilərlər: a) borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; b) tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; c) tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; ç) icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; d) bu qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.

Bəzi piyada, sərnişin, velosipedçi və mal-qara ötürən şəxslər onlara tətbiq olunmuş cərimənin vaxtında ödənilməsinə biganə yanaşaraq elə düşünürlər ki, cərimə yaddan çıxacaq və müəyyən müddətdən sonra onu ödəməyəcəklər. Lakin belə deyildir. İXM-in 447.1-ci maddəsinə əsasən, cərimə tənbehinin icrası müddətlə məhdudlaşmır. Ona görə də bir neçə ildən sonra da həmin cərimə məcburi qaydada şəxsdən alınacaq. 

Məlumdur ki, bəzi inzibati xətalara görə cərimə ödənilmədikdə, həmin cərimənin ictimai işlər növündə tənbehlə əvəz edilməsi nəzərdə tutulur. Lakin nəzərə almaq lazımdır ki, yol hərəkəti qaydalarını pozmaya görə tətbiq olunan cərimələrin ictimai işlərlə əvəz olunmasına yol verilmir. 

Bəzən cəriməni ödəməyən şəxslərin xaricə getmək hüququnun məhdudlaşdırılması barədə də söz-söhbətlər eşidilir. Lakin nəzərə almaq lazımdır ki, «İcra haqqında» qanunun 84-1-ci maddəsinə əsasən, borclu şəxsin ölkədən getmək hüququ yalnız məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra edilmədikdə, özü də yalnız məhkəmənin ayrıca qərarı ilə məhdudlaşdırıla bilər. Yəni sadəcə cərimənin ödənilməmiş olması hələ ki, şəxsin ölkədən getməsinə mane ola bilməz. Lakin dünyanın bəzi ölkələrində belə təcrübənin olduğunu nəzərə alsaq, yaxın gələcəkdə  ölkəmizdə də cəriməni vaxtında ödəməyən şəxslərin xaricə getməsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanunvericilik qəbul edilə bilər.  

 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Celal 4 Sentyabr 2020 13:07
Cerime
Namiq 27 İyun 2020 19:41
Sms icazesi olmadan cerme ni
Elşən məmədov 1 İyun 2020 21:16
Tovuz
Elşən məmədov 1 İyun 2020 21:16
Tovuz
Xeyal 11 Aprel 2020 18:55
Ucar
Hakim kerimov 8 Aprel 2020 12:07
İsmayıllı rayon hacıhetemli kəndi
Mahmud seferov 6 Yanvar 2019 12:01
Masalli xirmandali
Pervin 28 Dekabr 2018 23:05
Salam . Menim 2015 de piyada cerimem olub odememiwem . Bilmey istirem indi ne qeder olub cerime Birde bu cerime iwe qebulda problem yaradacaq hansisa sened qebulunda Salam. 32 manat
Mustafayev Pervin 28 Dekabr 2018 22:45
Salam men 2015 piayda cerimesi olunmuwam odememiwem .. bilmey istirem indi ne qeder olub cerimem Ve bu cerimeye gore iwe qebula problem olar hansisa senede gore
ilqar 29 Noyabr 2018 22:16
https:e-xidmet.mia.gov.azauthlogin burdana qeydiyyatdan kecin ve oyrenin . Men oyrenmisem .3 ildi odemirem 12 manat elave odenis gelib
Efran 4 Noyabr 2018 22:22
piyada kecidin telebin pozduqda odenilmiyen cermenin meblegin nece oyrene bilerem
raufnasir 24 Oktyabr 2018 23:51
salam 2012-ci ildə piyada keçidi cəriməsi olubmu. olubsa indiyiyə kimi ödənilmiibsə və nə qədər cəriməsu var. bildirişdə verilməyib
SAleh 17 Oktyabr 2018 22:37
Salamaleykum 2014 de yol kecidine gore cerimem var bilmek olar ki indiyene qeder neqeder oludugunu Salam. 32 manat
Ruslan 14 Sentyabr 2018 17:13
Sumqayit
Tehmine Haciyeva 13 Sentyabr 2018 00:21
Salam mən 2il əvvəl piyada kecidine görə bir gündə 2defe 20 azn yeni 40 m cerimelediler, o zaman 16 yaşım təzə tamam olmusdu,vəsiqəmi hələ deyismemisem, həmin cərimə 200azn-i keçər cərime Təxmini nə qədər olar indi Çox xahiş edirəm cavab yazasınız, Salam. İndi cərimə 64 manat olub. Heresi 32 manat
Samira 8 Sentyabr 2018 21:00
Men bank borclarina gore odeniw edrem olkeden cxa bilerem ya yo.ve piyada cerimemde olub. Cixa bilərsiniz
ISMAYIL 16 Avqust 2018 18:12
Yasamal ryonu
ISMAYIL 16 Avqust 2018 12:37
Fuzuli
ISMAYIL 16 Avqust 2018 12:36
Fuzuli
Elsen 5 Avqust 2018 00:04
Salam mən 03.11.2016 cı ilde piyada keçidine göre cerime olunmuşam ödememişem. Bilmək isdeyirem xarice gede bilerem Zehmet olmasa cavablandırardızda
Telli nehmedova 22 Aprel 2018 01:27
Salam oiade yolo keçerken cerimelenmişem ödemesem ölkeden çıxa bileremxaiş edirem cavablandırasız. Qerarlidirsa odemelisiniz.
Mais 21 Aprel 2018 18:33
Salam men ayın 26 sı turkiyeye gedirem 2 il bundan qabağ mene 2 cerime yazıblar bilmey isdeyirem ödememiş gede bilerem ya yox
Ruslan 13 Aprel 2018 23:03
Meni 2016 ci ilde guya sekilimi cekib cerimeleyibler menim 3 il sonra xeberim oldu 32 manatda cerime varidi bele sey olar demeden adam cerimeyeler ya evimize bildiris yollanardi cox naraziyam bu sistemdeen
Pervin 10 Fevral 2018 16:12
2017 ci il yanvarda cerimelenmiwem yolu kecende oyrenmey isdiyirem neqede olub yayda yoxlatdim 33 manat olmuwfu
Ramiz 25 Yanvar 2018 04:58
Salam .men hardasa 3il bunnan qabaq yol kecerken cerime olmuwam,onuda odememiwe,indi men olkeden cixa bilerem
Alim haciyev 18 Yanvar 2018 20:24
Piyada cerimesini nece oyrene bilerem Cavab - Bankdan oyrene bilersiniz shexsiyyet vesiqesiyle
Tural 15 Yanvar 2018 16:40
Salam men 17 dekabr 2017de cerime olundum.Yol polisi bildirdiki tay protokol tertib olunmur.Ad,soyad,dogum tarixi soruwdu elinde aparatla yoxladi dedi 3 gune odemesen her 1 gun ucun elave 1 maanat cerime yazilacaq.Hem de istiyirsen yerindece en azi yari hissesini odeye bilersen.Banka get ode...Men de nece defe bankda vesiqemin seriya nomresi ile baxdirsamda her defe dedilerki adinizda hec bir cerime sistemle gostermir.bu nece olurindi men ne etmeliyem
Fatime 29 Dekabr 2017 01:22
Men aprelden borcum var texmini nedeqeder yığılmış olar
Ferid 24 Dekabr 2017 23:21
Mende 2 ilden artiq vaxtdir yazilib ama hec bir xeberdarliq gelmeyibNece oyrene bilerem
Emin 23 Dekabr 2017 11:16
-salam mən yoLu keçəndə poLis saxLadi bir blank doldurdum indi görəsən o sistemə vurLb onu necə biLmək olar cəriməm var ya yox xaish cvbLandrasz
Emin 22 Dekabr 2017 16:34
- salam mən yoLu kecəndə yol polisi cərimə yazdi bir vərəq imzalatdi yazdin bilmədən keçmişəm indi onu sistemə vurdular hecbsey etmediler ama indi ne qeder odemeliyem ne qeder vaxt kecdikden sonra artir Cavab --- Salam. 32 manat
Qurban 2 Dekabr 2017 20:29
Cerme yol piyafa
Məcid 11 Oktyabr 2017 23:39
Salam.mən bir iı bundan qabaq yolu keçərkən cərimə olunmuşam.bugün evə bildiriş gəlibki cəriməniz 32manat olub və ödəməsəniz hər ay 4manat faiz gələcək.bilmək istəyirəmki belə bir şey düzgündüryəni ilk 3 ay faiz gəldiyini bilirdim.32manatdan yuxarı qalxmır.amma hər ay 4manat faiz gəlməyi doğrudur? - Salam. Xeyr. 32 manatdan artiq faiz hesablana bilmez. Lakin cerimeni mutleq odemek lazimdir
İntiqam veliyeddinli 8 Oktyabr 2017 22:10
Salam men texmini 1il yarim ay bundan qabaq yol kecerken cerime olunmuwam Tekçe telefonuna mesaj geldi dedim odeyerem ama yaddan cixib qaldi indi o cerime ne qeder olar bir zehmet deyerdizde 32 manat
Murad 17 Sentyabr 2017 21:16
Salam.1-il bundan once yol kecerken meme cerime yaziblar.. ama eve hec ne gelmeyib. Sadece ad ve soyadimi isdediler.mumkunse bu haqda melumat veresiniz. Avtosfer.az-dan - Salam. Siz yasadiginiz ərazinin DYP şöbəsinə müraciət edib
Ferid 30 Avqust 2017 23:16
men bu birayda cerimeliyib polis xarice gedirem serhedde prablem olar Odemek lazimdir
Leyla 28 Avqust 2017 23:58
Salam men bu gun yol keciďi qaydasini pozmusam ve sabah xarice getmeliyem serheddi kecdikde problem yaranar. Salam. xeyr. problem yoxdur
Asim 4 Avqust 2017 01:02
Haradan ödəməliyəm… təzəliycə cərimə olmuşam tez də ödəmək istəyirəm xahiş eləsəm yazardız.
Gultekin 31 İyul 2017 22:12
menim 22.12.2015 ilden beri cermem var bilmek olar o ne qeder qalxib xaiw edirem cavab yazin 32 manat olub
elvin 13 İyul 2017 19:41
Salam mene cerime yazilan 21 gundu bu gun unvana bildiris gonderibler ve polis sobesine cagirirlar bu ne ile elaqedar olar
Vüqar 8 İyun 2017 08:47
Salam mən bir ildə üç dəfə çərmə olmuşam ödəniş edə bilməmişəm
Resad Memmedov 31 May 2017 10:58
Adimda piyada kecidi ucun cerimenin olub olmadigini oyrenmay isteyirem
Sultan 30 May 2017 03:14
Salam men nece oyrene bilerem umumiyetle mende piyada kecidinde cerimemi
Teymur 27 Aprel 2017 16:18
Salam,Cavaba gore evvelceden cox sagolun.Maşın ile velisobet daşımağ üçün istifade olan attachment-ə gore cerime varDeyilene gore nomrenin zedelenmesi ve ya cirkli olmagina gore olan cerime kimi cerime olmalidi eger velisobeti maşının arxasinda xususi birlesme ile daşinarsa.Hormetle Teymur. Salam Teymur. Əgər həmin qurgu nömrəni görünməz hala salarsa cərimə oluna bilərsiniz
Leyla 6 Aprel 2017 19:45
Salam men 15.09.2016 da cerime olunmuwam. Odememiwem. Mebleg ne geder qalxib
serxan 4 Aprel 2017 21:08
13198595
Rahid 19 Fevral 2017 22:58
Salam.Men bilmey isteyirem 08.08.2016 ci ilde piyada kecidine gore cerime yazilib bugun bilmisem 32 mandi.6 ay usten kecib.Yeni yene artacaq yoxsa 32 manda dayanacaq
Vusal 13 Fevral 2017 18:40
Baki
Feqiw 12 Fevral 2017 23:55
Salam men 2015ci ilde cerime olmuwam ve helede odememiwem.17 yawimda.hem bilmeynisteyirdim yawla elaqesi var cerimeninve indi faiz geler ustune2defe cerime olunmuwam,ve internet vasitesi ile nece oyrene bilerem
Mehin 6 Fevral 2017 21:37
salam. 05.12.2016da cerime olunmusam.necə bilim ne qeder artib Salam. 902-ye zeng edin
Elnur 1 Fevral 2017 10:31
Salam.men 24.01.17 tarixinde piyada kecidinden kecmediyim ucun cerime olunmusam.bilmek isterdimki cerimeni umumiyetle odemesem meni ne gozleyir
Elnur 1 Fevral 2017 10:29
Salam.men 24.01.17 tarixinde piyada kecidinden kecmediyim ucun cerime olunmusam.bilmek isterdimki cerimeni umumiyetle odemesem meni ne gozleyir
Mecid 30 Yanvar 2017 10:52
salam men 24.12.2016 tarixinde cerime olunmuwam bilmek istiyirem bu cerime 32 manatdan yuxari qalxir 1 2 odemediyim halda bele Salam. Xeyr. qalxmir
Mecid 30 Yanvar 2017 10:52
salam men 24.12.2016 tarixinde cerime olunmuwam bilmek istiyirem bu cerime 32 manatdan yuxari qalxir 1 2 odemediyim halda bele
İsmayil 27 Yanvar 2017 15:51
Salam men 01.12.2015 de piyada kecidinden istifade etmediyime gore 20 azn cerime olunmusam. Helede odememisem. Bilmek isteyirem bu pul hansi meblege qeder faiz qalxir. 200 300 manat olmurki. Birde bildirisi itirmisem indi ne edim
Zaur 26 Yanvar 2017 11:18
salam.men 14.09.15 tarixinde 20 manat cerime olunmusham.bu ceime negeder artib nece oyrene bilerem Salam. 32 manat
Ayla 22 Oktyabr 2016 01:09
Salam meni bu ayin 19 u cerime elediler amma ne çek verdiler ne biwey dediler unvana gelecek amma hecne gelmeyib hele unvana nece gune gelirki unvana. Yerində yazilan cərimənin protokolu size verilmeli idi. Unvana gelmeyibse gozlemek lazimdir.
sakina 5 Oktyabr 2016 13:42
Salam.men cerime olunmusham.ama bilmirem eve bildirish gelir yoxsa yox
sakina 5 Oktyabr 2016 13:41
Salam.men cerime olunmusham.ama bilmirem eve bildirish gelir yoxsa yox
sakina 5 Oktyabr 2016 13:40
Salam.men cerime olunmusham.ama bilmirem eve bildirish gelir yoxsa yox
Sakit 28 Avqust 2016 14:59
Mən 1 ildən çoxdur cərimə llunmuşam onu necə öyrənə bilərəm nə qədər artıb
Bora 18 Avqust 2016 17:27
Kaç yaşdan sonra cerime yazılabiler malumat verebilersiniz
Murad 10 İyul 2016 17:26
Cerimeye ne geder vaxtdan sonra faiz gelir
eli 29 Aprel 2016 04:44
Men 20 azen cerme olmusam 1 hemen qebizi itirmisem 2 birdeki işim yox gucum yox o saydiginiz cermeni neyle odeyim birinci is yeri acin isleyeki cermede odeyekde ne evim var ne masinim nedeki bahali bir seyim neyime el qoyacagsiz canima oda menim deyil ALLAHINDI
huseyn 22 Mart 2016 23:58
men hardasa 1 il 7 ay bundan qabag cerimelenmisem 20 manat mebleginde indi uc aya qeder 1 3 aydan sonra 60 19 aya ne qeder mebleg olub cerimem bu barede mene komek ederdiz ki bilim
huseyn 22 Mart 2016 23:57
men hardasa 1 il 7 ay bundan qabag cerimelenmisem 20 manat mebleginde indi uc aya qeder 1 3 aydan sonra 60 19 aya ne qeder mebleg olub cerimem bu barede mene komek ederdiz ki bilim
huseyn 22 Mart 2016 23:56
men hardasa 1 il 7 ay bundan qabag cerimelenmisem 20 manat mebleginde indi uc aya qeder 1 3 aydan sonra 60 19 aya ne qeder mebleg olub cerimem bu barede mene komek ederdiz ki bilim
aysel 17 Mart 2016 16:57
Salam mene verileren cerime kaqizini itirmiwem 2 ay kecib men ne ede bilerem.xaiw edirem bilen varsa komek etsin Avtosfer.az: Şəxsiyyət vəsiqəsi ilə banka gedib ödəyə bilərsiz
Nurane 6 Mart 2016 19:39
Men protokolu itirmisem.Vesiqeyle odeye bilerem cerimeni
Eldar 17 Dekabr 2015 15:47
Salamen maraqlanmaq isteyirdimki hardan oyrene bilerem cerimeninin ne qeder olsugu 2 IL evvel cerime olynmusdum Lakin Tam olaraq yadimda d eti l cerime odenilib yoxsa yox
Hidayet 11 Dekabr 2015 03:21
Salam. Menim sualim budur ki teqriben 1 il belkede cox evvel piyada kecidinden istifade etmediyime gore cerimelendim. Protokolu da itirmisem. Cerimenin miqdari 300-400 azne qeder cixir ya bir meblegden sora dayanir Ve protokolu itirdiyime gore ne kimi mesuliyyet dasiyiram
Kenan 31 Oktyabr 2015 02:20
Salam, menen bir sual maraxlandirir menim cerimem var ustunen 3 ay kecib 60 ustune pul gelib, men onu odemesem , hemen meblegin ustune faiz gelmek davam edecek. Yani demek istiyirem ki, 20 azn cerime 2-3 ilden sora 400-500 azn olmuyacaq. Avtosfer.az - Xeyr. Olmayacaq