Kanalizasiya dolub, çirkli su həyətlərə axır - VİDEO

Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində bir neçə gündür kanalizasiya borusu dolub. Bu şikayətlə redaksiyamıza sakinlər müraciət ediblər.
Məlumata görə, sözügedən ərazidə kanalizasiya “lyuk”unun qapağı yoxdur. Boru dolduğu üçün çirkab suları sakinlərin həyətinə və asfalta axır. Pis qoxu ətrafı bürüyüb, yolları çirkab suyu basıb, sakinlər üçün gediş-gəliş çətinləşib. Şikayətçilər qeyd edir ki, 955 Çağırı Mərkəzinə müraciət etsələr də, problem həllini tapmır.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ünvanda tullantı su xəttində tutulma baş verib. Müvafiq rayon sukanal idarəsinin qəza briqadası əraziyə cəlb edilib və şəbəkənin fəaliyyəti bərpa olunub:
“Diqqətə çatdıraq ki, adətən kanalizasiya tutulmalarına səbəb sakinlərin xətlərə müxtəlif məişət tullantılarını atmaları olur. Belə halların baş verməməsi üçün sakinlərdən xahiş olunur ki, şəbəkəyə tullantı suyundan kənar əşyalar, məişət tullantıları atmasınlar”.
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım












