6 rayona yeni sədr seçildi - YAP-da təyinatlar - FOTO

İyulun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Partiyadan "Unikal"a bildirilib ki, iclasda YAP Sədərək rayon təşkilatının sədri Arif Mikayıl oğlu Qasımovun, Şahbuz rayon təşkilatının sədri Rizvan Təmo oğlu Məmmədovun, Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəli oğlu Vəliyevin, Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Müslüm oğlu Balaqadaşovun və Qusar rayon təşkilatının sədri David Nurəddin oğlu İbrahimxəlilovun təqaüd yaşına çatmaları ilə əlaqədar tutduqları vəzifədən azad olunmaları məsələsinə baxılıb və müvafiq qərarlar qəbul olunub.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın təşkilatlanması və inkişafında mühüm xidmətləri olan həmin şəxslərin Heydər Əliyev ideyalarına daim sadiq olduqlarını vurğulayaraq bundan sonra da Ulu Öndərin zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği yolunda bilik, bacarıq və səylərini əsirgəməyəcəklərinə, həmçinin öz təcrübələri ilə rayon təşkilatlarının işinə yaxından dəstək verəcəklərinə əminliyini ifadə edib, onlara xatirə hədiyyələrini təqdim edib.
Daha sonra İlqar Süleyman oğlu İlyasovun partiyanın Qaradağ, Vüsalə Abazər qızı Əliyevanın Sədərək, Nicat Zaur oğlu Ələkbərovun Şahbuz, Zamir Sadəddin oğlu Güvəndiyevin Şəmkir, Emil Nəcəf oğlu Tağıyevin Xaçmaz və Kamran Miran oğlu Əmirovun Qusar rayon təşkilatına sədr təyin edilməsi məsələsinə baxılıb.
YAP Sədrinin müavini Əli Əhmədov, İdarə Heyətinin üzvləri Hikmət Məmmədov və Azər Badamov çıxış edərək namizədliyi irəli sürülən şəxslərin bu vəzifəyə layiq olduqlarını bildirib və onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.
Yeni təyin olunmuş şəxslər göstərilən etimada görə partiyanın Sədri, ölkə başçısı İlham Əliyevə dərin təşəkkürlərini ifadə edərək öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün çalışacaqlarını bildiriblər.
Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.



İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












