ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE

Lalə Abdullayeva Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin sədr müavini təyin edilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Lalə Elman qızı Abdullayeva 1976-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetində Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə edilməsi, Bakı Dövlət Universitetində isə Beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb.
O, əmək fəaliyyətinə 2001-ci ildə MSK-nın Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsi ilə başlayıb. Sonrakı illərdə müxtəlif sığorta şirkətlərinin idarə heyətlərində təmsil olunub.
2024-cü ildə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İnsan resursları, hüquq və kargüzarlığın təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2024-cü ilin oktyabr ayından Agentliyin Transformasiya üzrə direktoru vəzifəsini icra edib.
Son təyinatadək Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyəti sədrinin müşaviri kimi çalışıb.
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












