ADSEA daha bir kəndi içməli su ilə təmin etdi - FOTOLAR

Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu tədbirlər çərçivəsində Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində içməli su layihəsi icra olunub. Layihənin başa çatması münasibətilə kənddə açılış mərasimi keçirilib.
Açılış mərasimində Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı Sabir Hacıyev, agentliyin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, İkinci Ərəbcəbirli kəndində 1384 nəfər əhali yaşayır. Kənd daxilində quraşdırılmış ictimai bulaqlar vasitəsilə əhalinin suya əlçatanlığı təmin edilirdi. Əhalinin mərkəzləşdirilmiş su təchizatının yaradılması məqsədilə Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin daxili imkanları hesabına kənd daxilində diametri 40 mm-dən 110 mm-dək müxtəlif ölçülü 8,5 km uzunluğunda su şəbəkəsi çəkilib. Sudan səmərəli istifadənin təmin edilməsi, su itkilərinin azaldılması və suyun uçotunun təkmilləşdirilməsi məqsədilə hər bir abonentə məxsus fərdi yaşayış evlərinin girişində ümumilikdə 300 ədəd su sayğacı quraşdırılıb. Bununla da kənd əhalisinin mərkəzləşdirilmiş su təchizatı dayanıqlı su mənbəyi olan Göyçay şəhərinin mövcud su infrastrukturuna qoşulmaqla təmin edilib.
Hazırda Göyçay rayonunda ümumilikdə 23 kənd yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir. Bununla yanaşı, 18 kəndə modul tipli su təmizləyici qurğular vasitəsilə xidmət olunur. Göyçay rayonu üzrə xidmət göstərilən abonentlərin sayı 11 958 təşkil edir.
İcra olunan layihə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Milli Strategiya”nın hədəf və məqsədlərinə nail olunması üçün tədbirlər proqramı çərçivəsində həyata keçirilib.
Layihənin davamı olaraq cari ildə Göyçay rayonunun Müskürlü kəndində də mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması işlərinə başlanılacaq.







Sərnişinlərin NƏZƏRİNƏ: Azərbaycanda yeni qatar reysi fəaliyyətə başlayır - FOTO
Bakıda yeni metro stansiyasının istifadəyə veriləcəyi TARİX BİLİNDİ
"Şamaxinka"da hərəkətin tənzimlənməsinin süni intellekt versiyası təklif edilib - VİDEO
Bakıda yeni tikiləcək stansiyaların yerləri MƏLUM OLDU
Tıxaclara son? - Bakı bu tarixə qədər tramvay şəbəkəsinə keçir
Xətai rayonunda piyadaların təhlükəsizliyi üçün yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni şura yaradıldı - FƏRMAN
Bakıdakı bu zolaq maraqla qarşılandı - FOTO
Bu yolda avtobus zolağı ləğv edildi - VİDEO
Uçan taksilər FƏALİYYƏTƏ BAŞLADI - FOTO
Ödənişli yollarla bağlı yenilik: 130 ilə sürmək olar










