ADY ADA Universiteti ilə birgə yeni proqrama start verdi - FOTOLAR

“Azərbaycan Dəmir Yolları” QSC ADA Universitetində “Liderlərin İnkişaf Proqramı”na başlayıb.
Avtosfer.az xəbər verir ki, ADA Universiteti tərəfindən tədris olunacaq və idarəetmənin əsasları, dəyişikliklərin idarə olunması, emosional zəka, effektiv kommunikasiya kimi önəmli modulları əhatə edən bu proqramın hədəfi ADY-də çalışan rəhbər heyətin liderlik bacarıqlarının daha da təkmilləşdirilməsidir.
Tədbirdə bu əməkdaşlıq strateji əhəmiyyətli addım kimi qiymətləndirilib və belə proqramların qurumun idarəetmə keyfiyyətinin yüksəlməsinə, rəhbər heyətin səriştələrinin artırılmasına və ümumi rəqabətqabiliyyətinin möhkəmlənməsinə mühüm töhfə verəcəyi bildirilib.
Qeyd edilib ki, sürətlə dəyişən və rəqabətin artdığı hazırkı iş mühitində davamlı inkişaf və liderlərin potensialının artırılması şirkətin uğurla irəliləməsi üçün vacib amillərdən biridir. Bu baxımdan ADA Universiteti ilə birgə həyata keçirilən proqram ADY-nin strateji məqsədlərinə nail olmasına mühüm dəstək olacaq.
Proqramda ADY və tabeliyindəki qurumlardan 160-dan çox rəhbər iştirak edəcək ki, bu da şirkətin liderlərin inkişafına verdiyi önəmin bariz nümunəsidir.
ADA Universitetinin akademik heyəti tərəfindən hazırlanmış proqram liderlik və idarəetmə səriştəliyi üzrə peşəkar mütəxəssislər tərəfindən tədris olunacaq, real iş mühitində baş verən situasiyaların təhlilini əhatə edəcək.
ADY “Liderlərin İnkişaf Proqramı”nı həyata keçirməklə ölkəmizin nəqliyyat sektorunda insan kapitalının inkişafına töhfə verməyi hədəfləyir.







İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












